...

QDİƏT nazirləri Bakı bəyannaməsini və elm və texnologiyalar sahəsində fəaliyyət planını qəbul ediblər

Telekommunikasiya Materials 3 Dekabr 2014 13:54 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiyalar nazirləri çərşənbə günü Bakıda fəaliyyət planı və əməkdaşlığa dair bəyannamə qəbul ediblər.
QDİƏT nazirləri Bakı bəyannaməsini və elm və texnologiyalar sahəsində fəaliyyət planını qəbul ediblər

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin elm və texnologiyalar nazirləri çərşənbə günü Bakıda fəaliyyət planı və əməkdaşlığa dair bəyannamə qəbul ediblər.

Trend xəbər verir ki, QDİƏT daimi beynəlxalq katibliyinin baş katibi Viktor Svirkun elm və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə təkan olacaq bu görüşə xüsusi əhəmiyyət verib: "Ölkələr arasında ən yaxşı koordinasiya üsulunu QDİƏT-in elm və texnologiyalar sahəsində əməkdaşlıq üzrə işçi qrupu bu ildən başlayaraq nümayiş etdirdi. Elm və texnologiyalar 1994-cü ildən - işçi qrupun əsasının qoyulduğu vaxtdan əməkdaşlığın prioritet sahələrinə daxildir. QDİƏT missiyası bu sahədə təşkilata üzv ölkələrin əməkdaşlığının inkişaf etdirilməsindən ibarətdir".

Onun sözlərinə görə, bu günədək işçi qrupun 25, elm və texnologiyalar nazirlərinin üç görüşü keçirilib.

V.Svirkun xüsusilə bu sahədə əməkdaşlıq üzrə son iki fəaliyyət planını əhatə edən 2005-2009-cu və 2010-2014-cü illəri əhatə edən dövrü qeyd edib: "Məhz həmin sənədlər elm və texnologiyalar sahəsində gələcək əməkdaşlıq üçün müvafiq zəmin yaradıb. 2012-ci ilin iyununda QDİƏT-in yeni iqtisadi proqramı qəbul edilib. Proqram qarşıdakı illərdə təşkilatın hədəflərini və aradan qaldırmalı olduğu əngəlləri müəyyən edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti