...

"Bakcell" virtual futbol çempionatına start verir

Telekommunikasiya Materials 3 Fevral 2015 18:26 (UTC +04:00)
"Bakcell" şirkəti özünün “Futbol Bakcell ilə” layihəsi çərçivəsində yeni bir fəaliyyətə start verir.
"Bakcell" virtual futbol çempionatına start verir

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti özünün "Futbol Bakcell ilə" layihəsi çərçivəsində yeni bir fəaliyyətə start verir.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2015-ci ilin fevral-aprel aylarında keçiriləcək "Bakcell Virtual Futbol Çempionatı"nda paytaxt və bölgələrdə yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Virtual Futbol Çempionatı (PES) müvafiq oyun cihazları vasitəsilə keçirilən virtual futbol turniridir.

Turnir Bakıda (20-23 fevral), Sumqayıtda (28 fevral-1 mart), Zaqatalada (7-8 mart), Qəbələdə (14-15 mart), Şəkidə (21-22 mart), Lənkəranda (28-29 mart), Mingəçevirdə (4-5 aprel) və Gəncədə (11-12 aprel) baş tutacaq.

Respublikanın müxtəlif bölgələrində keçiriləcək çempionatın regionlar üzrə qalibləri arasında final oyunları isə aprelin 26-da Bakı şəhərində təşkil olunacaq.

Turnir haqqında iştirakçılara ətraflı məlumat vermək üçün tədbirin təşkilati komandası adıçəkilən bölgələrə səfər edərək burada promo-kampaniyalar keçiriləcək. Bundan başqa, hər bir regionda iştirakçıların qeydiyyatı üçün stend quraşdırılacaq.

Dərs prosesinə mane olmamaq üçün turnirlər şənbə və bazar günləri şəhərlərin mərkəzlərində yerləşən orta məktəblərdə və ya idman komplekslərində baş tutacaq.

Turnir haqqında əlavə məlumat əldə etmək üçün: http://pes2015.bakcell.com/az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti