...

Təmas xəttində poçt-maliyyə xidmətləri yaxşılaşdırılır

Telekommunikasiya Materials 17 Fevral 2015 17:42 (UTC +04:00)
Tezliklə bütün poçt şöbələrinin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulması başa çatdırılacaq.
Təmas xəttində poçt-maliyyə xidmətləri yaxşılaşdırılır

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bu il ölkənin poçt sektorunda bir sıra işlər həyata keçirəcək.

Trend nazirliyə istinadən məlumat verir ki, 2015-ci ilin ilk rübünün sonuna kimi Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi (MXİL) çərçivəsində nəzərdə tutulan bütün poçt şöbələrinin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) qoşulması başa çatdırılacaq və yeni xidmətlərin təşkili təmin ediləcək.

Eyni zamanda, "Azərpoçt" MMC-nin xidmət göstərən bütün tabeli strukturları üçün vahid müştəri xidmətləri standartları hazırlanacaq.

Bununla yanaşı, I yarımilliyin sonunadək "Azərpoçt" MMC-nin Poçt Daşıma Mərkəzində texnoloji proseslərin təkmilləşdirilməsi planlaşdırılır.

İl ərzində Ermənistanla həmsərhəd və Dağlıq Qarabağ istiqamətində təmas xətti boyu ərazilərdə yerləşən yaşayış məntəqələrində əhaliyə göstərilən poçt-maliyyə xidmətlərinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlərin icrasına nəzarət edilməsi də görüləcək işlər sırasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti