...

“Nar Mobile” uşaqların idmana marağını artırır (FOTO)

Telekommunikasiya Materials 3 Aprel 2015 12:50 (UTC +04:00)
“Nar Mobile” uşaqların idmana olan marağını artırır
“Nar Mobile” uşaqların idmana marağını artırır (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"Nar Mobile" uşaqların idmana olan marağını artırmaq istiqamətində addımlarını davam etdiririr.

Şirkət idman federasiyalarında "Açıq qapı" günlərini davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Nar Mobile" Bakı-2015 Avropa oyunları ilə tərəfdaşlıq çərçivəsində idman federasiyalarında "Açıq qapı" günlərini davam etdirir. Sağlam həyat tərzi və idmanı təşviq edən mobil operator layihəsi çərçivəsində martın 19-da Güləş Federasiyası, martın 31-də isə Karate Federasiyasında keçirilən açıq məşqlərin tərəfdaşı qismində çıxış edib. Tədbirlərdə Azərbaycan yığma komandasını Avropa oyunlarında təmsil edəcək tanınmış idmançılar, dünya və Avropa çempionları iştirak ediblər. Onlar, idmanda ilk addımlarını atan uşaqlar üçün nümunə olmaqla yanaşı, həvəskarların da idmanla məşğul olmaları üçün stimul yaradıblar.

İlk tədbirlər Voleybol Federasiyası və Bakının 44 saylı orta məktəbində keçirilib. 150 uşaq və yeniyetmə, onların valideynləri tədbirlərdə iştirak ediblər. "Nar Mobile" operatorunun dəstəyi ilə keçiriləcək növbəti tədbirlər isə aprelin 2-də Cüdo Federasiyası, aprelin 7-də Boks Federasiyası, aprelin 8-də isə Taekvondo Federasiyasında təşkil olunacaqlar.

"Nar Mobile" uşaqları və onların valideynlərini bu tədbirlərdə iştirak etməyə dəvət edir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile" Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti