...

"Nar”ın kitab həvəskarları üçün elan etdiyi müsabiqə başa çatıb (FOTO)

Telekommunikasiya Materials 10 Aprel 2015 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Nar" tərəfindən kitab həvəskarları üçün elan edilmiş onlayn müsabiqə başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Ali & Nino" kitab mağazasında keçirilən tədbirdə #NarlaOxu"Twitter" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün "Nar" tərəfindən "Ali & Nino" kitab mağazaları şəbəkəsi ilə birlikdə davam edən "Ürəklə al, çox oxu" kampaniyası çərçivəsində keçirilmiş #NarlaOxu"Twitter" müsabiqəsi başa çatıb. Qeyd edək ki, "Twitter" istifadəçiləri oxumaq istədikləri və ya "Nar"-ın kampaniyası çərçivəsində aldıqları kitablar haqqında twitlər yazaraq müsabiqədə iştirak ediblər.

Beləliklə, müsabiqə müddətində ən çox retvit toplamış istifadəçilər arasından seçilmiş qaliblərə dəyərli mükafatlar verilib. Müsabiqənin qalibi Orucova Günel Məzahir qızı (@Oruc_) və Cəfərov Rauf Seyid oğluna(@raufjafarov) "Amazon Kindle Voyage" təqdim edilib. 3-cü yerin sahibi Əliyeva Aynur Yaşar qızına (@dreaminooo) isə "Amazon Paperwhite" verilib. "Nar" kitaba olan həvəsi artırmaq üçün daha iki nəfərə hədiyyə verərək, retvitlər əsasında 4-cü və 5-ci yerləri tutan Bağırov Coşqun Nazim oğluna (@bagirovich) və məşhur aparıcı DJ Fatehə (@DJ_Fateh) "Ali & Nino" dükanlar şəbəkəsində keçərli olan 100 AZN dəyərində hədiyyə kuponu təqdim edib. Qeyd edək ki, DJ Fateh qazandığı kuponu öz səhifəsində keçirəcəyi başqa bir müsabiqənin izləyicilər arasındakı qalibə təqdim edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti