...

Azərbaycanda elektron xidmətlərin sayı artıb

Telekommunikasiya Materials 24 İyun 2015 11:11 (UTC +04:00)
Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu xidməti “Elektron hökumət” portalı (e-gov.az) üzərindən istifadəyə verilib.
Azərbaycanda elektron xidmətlərin sayı artıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Azad Həsənli/

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu xidməti "Elektron hökumət" portalı (e-gov.az) üzərindən istifadəyə verilib.

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Bu xidmət vasitəsilə dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə müraciət edilir.

Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan e-xidmət ödənişsiz həyata keçirilir.

Beləliklə, portalda təqdim olunan xidmətlərin sayı 421-ə, DSMF-nin portaldakı xidmətlərinin sayı isə 13-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti