...

Azərbaycana idxal olunan mobil telefonların sayı yarıbayarı azalıb

Telekommunikasiya Materials 28 İyul 2015 01:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

2015-ci il yanvar-may ayları ərzində Azərbaycana ümumi dəyəri 729,3 min dollar olan 13 405 mobil telefon və simsiz şəbəkələrdə işləyən başqa telefon aparatları idxal edilib. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına əsasən, 2015-ci ilin ilk beş ayının yekunlarına əsasən ölkəyə idxal olunan mobil telefonların sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 48,7 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti