...

"Azersky"ın peyk təsvirləri emal olunur

Telekommunikasiya Materials 9 Oktyabr 2015 12:41 (UTC +04:00)
Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC ilə Fransanın "Airbus Defence and Space" şirkəti arasında strateji əməkdaşlıq sazişi əsasında "Azersky" peyk təsvirlərinin emalı məqsədilə “PixelFactory” proqram təminatının təchizatı yerinə yetirilib.
"Azersky"ın peyk təsvirləri emal olunur

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Qafqazın ilk peyk operatoru "Azərkosmos" ASC ilə Fransanın "Airbus Defence and Space" şirkəti arasında strateji əməkdaşlıq sazişi əsasında "Azersky" peyk təsvirlərinin emalı məqsədilə "PixelFactory" proqram təminatının təchizatı yerinə yetirilib.

ASC-dən Trend-ə verilən məlumata görə, təsvirlərin fotoqrammetrik emalı üçün nəzərdə tutulmuş bu proqram təminatı dünyada bir sıra aparıcı şirkətlər tərəfindən istifadə olunur. "PixelFactory" proqram təminatı vasitəsilə sifarişçinin tələbləri əsasında peyk təsvirlərinin bütün fotoqrammetrik emal proseslərini yüksək dəqiqliklə yerinə yetirmək mümkündür.

Artıq proqram təminatının "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin xüsusi server sistemində quraşdırılması və sınaq testlərinın keçirilməsi prosesi başa çatıb. Hazırda "Airbus" şirkətinin əməkdaşları tərəfindən "Azərkosmos"un mütəxəssisləri üçün təlim proqramı həyata keçirilir. Təlim proqramı başa çatdıqdan sonra istehsalat prosesini dəstəkləmək məqsədilə "Airbus" şirkətinin əməkdaşı bir il ərzində Bakıda olacaq.

Bu proqram təminatının istifadəsi "Azərkosmos"a təsvirlərin emal prosesinin dəqiqliyini yüksəltməklə yanaşı, iri həcmli məlumatların emal prosesi vaxtını qısaltmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti