...

"Nar" "Günlük" internet paketini təqdim edir

Telekommunikasiya Materials 15 Oktyabr 2015 15:54 (UTC +04:00)
Abunəçilərin rahatlığını təmin etməyə çalışan “Nar” yeni “Günlük” paketini təqdim edir.
"Nar" "Günlük" internet paketini təqdim edir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Abunəçilərin rahatlığını təmin etməyə çalışan "Nar" yeni "Günlük" paketini təqdim edir.

Dəyəri cəmi 0.10 AZN təşkil edən "Günlük" paketinə 20 MB internet trafiki daxildir. "Günlük" paketi əvvəllər mobil internetdən istifadə etməmiş abunəçilər üçün mükəmməl başlanğıcdır. Bu təklif Wi-Fi şəbəkəsinin əhatə etmədiyi ərazilərdə mobil internetdən istifadə hallarına görə əlavə ödənişlə üzləşmək istəməyən smartfon istifadəçiləri üçün də son dərəcə əlverişlidir.

Xidməti aktivləşdirmək üçün "gunluk" yazaraq 777 qısa nömrəsinə göndərmək və ya *777#12#Yes şifrəsini yığmaq kifayətdir. "Günlük" paketini "Şəxsi kabinet", "eNəzarət" kimi xidmətlər vasitəsilə də aktiv etmək olar.

Təklif sadəcə səsli tariflərin istifadəçiləri üçündür.

Əlavə məlumat üçün: https://www.nar.az/pages/default/pageName=modem_internet_pack_catalog&id=1238/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti