...

Azərbaycanda ilk dəfə: Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər

Telekommunikasiya Materials 19 Oktyabr 2015 14:27 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.
Azərbaycanda ilk dəfə: Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.

Şirkətdən Trend-ə verilən məlumata görə, indi Bakcell abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək. "Paylaşılan" paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. "Paylaşılan" internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.

Paketin həcmi Qiymət

800 MB 7 AZN
2 GB 10 AZN
5 GB 15 AZN
10 GB 22 AZN
15 GB 30 AZN
30 GB 45 AZN

Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30 gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini Bakcell xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirlir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir.

"Bakcell ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. "Bakcell"in 3G şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və 4G şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. 4G xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə Bakcell şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə faydalana biləcəklər",-deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Azərbaycanda mobil internet bazarının lideri olan Bakcell şirkəti öz abunəçilərinə daha maraqlı və əlverişli mobil internet təklifləri verməkdə davam edəcək.

***
Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
bunəçilərinin mobil internetə olan tələbinin daim artdığını nəzərə alaraq mobil internet istifadəsinin daha rahat və sərfəli olması məqsədilə mütəmadi qaydada yeni təkliflər hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti