...

”Nar” yeni kampaniyaya başladı

Telekommunikasiya Materials 11 Noyabr 2015 10:05 (UTC +04:00)
”Nar” yeni kampaniyaya başlayıb.
”Nar” yeni kampaniyaya başladı

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

"Nar" yeni kampaniyaya başlayıb.

"Sony" smartfonu al, məbləğin yarısı balansına yüklənsin.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Nar" və "World Telecom" (WT) mağazalar şəbəkəsi yeni kampaniyaya başlayıblar. Noyabr ayı ərzində WT mağazalarından istənilən "Sony" smartfonunu alan hər kəsə "Nar" tərəfindən pulsuz nömrə və cihazın qiymətinin yarısı qədər danışıq və internet trafiki hədiyyə edilir. Bonuslar smartfon əldə etmiş hər kəsə 6 ay ərzində aybaay təqdim edilir.

Kampaniya çərçivəsində "World Telecom" dükanlarında istənilən "Sony" smartfonunu ilkin ödənişsiz, nağd qiymətə və 12 ay ərzində hissə-hissə ödəmək şərtilə almaq mümkündür. Sərfəli şərtlərlə smartfon almaq istəyənlər kampaniya barədəki əlavə məlumatı mobil operatorun internet səhifəsindən əldə edə bilərlər: www.nar.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti