Bakı. Ənvər Məmmədov - Trend:
Ötən gün Azərbaycanda internetin kəsilməsi bankomatların və POS-terminalların işində ciddi problem yaratmayıb. Bunu Trend-ə "AzeriCard" prosessinq mərkəzindən deyiblər.
"AzeriCard"dan bildiriblər ki, bankomat və POS-terminalların işində qısamüddətli nasazlıq yaranıb, çünki prosessinq mərkəzində xidmət edilən bankomat və POS-terminalların böyük hissəsi GPRS xidmətinə qoşulub. Lakin sonra onların işi bərpa edilib.
Mərkəzdən qeyd ediblər ki, müştərilər tərəfindən kartlarla bağlı yaranmış problemlər üzrə heç bir müraciət daxil olmayıb.