...

Azərbaycanın İT-şirkətləri konsorsiumu Tanzaniyada keçirilən tenderə dəvət alıb

Telekommunikasiya Materials 31 Mart 2016 14:21 (UTC +04:00)
Azərbaycanın İT-şirkətlərinin konsorsiumu Tanzaniyada keçirilən tenderin ikinci mərhələsinə dəvət alıb.
Azərbaycanın İT-şirkətləri konsorsiumu Tanzaniyada keçirilən tenderə dəvət alıb

Bakı. Trend:

Azərbaycanın İT-şirkətlərinin konsorsiumu Tanzaniyada keçirilən tenderin ikinci mərhələsinə dəvət alıb.

Bu barədə Trend-ə konsorsiumdan bildirilib.

Əsas podratçı SINAM şirkəti olan Azərbaycanın Cybernet və Bestcomp Group şirkətləri və yerli tərəfdaş qismində Tanzaniyanın MFI Document Solutions şirkətinin daxil olduğu konsorsium Tanzaniya Gəlirlər İdarəsinin İnteqrasiya olunmuş Daxili Vergi İnzibatçılığı Sisteminin tətbiqi üzrə keçirilən tenderdə iştirak edir.

Tenderdə iştirak etmək üçün SİNAM şirkətinin başçılıq etdiyi konsorsiumdan başqa həmçinin Keniya, Braziliya, Cənubi Afrika Respublikası, Kanada, Zimbabve və Lüksemburqdan olan ümumilikdə 8 şirkət öz təkliflərini təqdim edib.

Sözügedən tenderin birinci mərhələsinin qiymətləndirilməsi artıq birmişdir və sözügedən konsorsium öz təklifini təqdim etmək üçün növbəti mərhələyə dəvət alıb.

Konsorsium bu müsabiqədə qalib gəlmək və Azərbaycanın İT həllərini Afrika bazarına ixrac etmək üçün öz səylərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti