Bakı. Trend:
30 sentyabr tarixində “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək.
Təlim ABŞ-ın nüfuzlu University of Maryland universitetinin məzunu, PreMark PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılacaq.
Təlim zamanı toxunulacaq mövzular:
1.Təlimdə böhran zamanı düzgün kommunikasiya;
2.Böhrandan sığortalanmaq üçün tələb olunan liderlik bacarıqları;
3.Mənfi rəyi müsbətə doğru dəyişmək üçün taktikalar;
4.Böhrandan sonrakı fəaliyyət planı;
5.Nüfuzun bərpası.
Təlimdə iştirak etmək istəyən PR mütəxəssislər [email protected] ünvanına müraciət edə bilərlər. Təlimdə iştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat 27.09.2016-cı il tarixədəkdir.