...

"Ailə TV" ödəmə üsullarını artırır

Telekommunikasiya Materials 23 Yanvar 2017 17:16
İndi Ailə TV və Ailə NET xidmətləri üzrə abunə haqqlarını Azericard ödəniş sistemi vasitəsilə də ödəmək mümkündür.
"Ailə TV"  ödəmə üsullarını artırır

Trend-i buradan izləyin

Bakı. Trend:

İndi Ailə TV və Ailə NET xidmətləri üzrə abunə haqqlarını Azericard ödəniş sistemi vasitəsilə də ödəmək mümkündür.

"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın ilk və ən iri prosessinq mərkəzi olan "Azericard", dünyanın istənilən yerindən, istənilən "Visa", "Visa Electron", "MasterCard" və "Maestro" kartları ilə ödəniş etmək imkanı yaradır. Bank kartlarının məlumatları ən təhlükəsiz "3D Secure" sistemi tərəfindən qorunur.

"Azericard" ödəniş sistemi vasitəsilə ödəmə etmək üçün birbaşa keçid: aile.3dsecure.az

Xatırladaq ki, abunə haqqları üzrə ödənişləri həmçinin "MilliÖn" və "E-Manat" terminalları vasitəsilə, eləcə də hesab.az, və portmanat.az saytlarında həyata keçirmək mümkündür.

Online və ya ödəmə terminalları vasitəsilə ödəniş etmək üçün abunəçi unikal kodunu daxil etməlidir. Unikal kodunu bilməyən abunəçilər 012 920 Çağrı Mərkəzinə zəng edib, ünvanlarını söyləyərək öyrənə bilərlər.

Bakı və Gəncə şəhərinin sakinləri inkassator sifarişi vasitəsilə də ödəniş keçirə bilərlər. Bunun üçün həmin abunəçinin ünvanı Ailə TV filiallarından birinin ərazisində olmalıdır. İnkassator sifariş edən abunəçilərin evlərinə Ailə TV əməkdaşları yaxınlaşır və abunə haqqını götürərək çek təqdim edir. İnkassator sifarişi pulsuzdur.

Analoq yayım abunəçiləri online ödəniş edə bilməzlər. Yalnız inkassator sifarişi və ya Ailə TV filiallarından ödəniş etməklə abunə müddətini artıra bilərlər.

Ailə TV-nin IPTV xidmətinə abunəyə görə xarici bank kartları vasitəsilə ödənişləri tam təhlükəsiz, onlayn qaydada, "Azericard" ödəmə sistemi vasitəsilə keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti