...

Azərbaycanın mobil operatoru 4 ölkədə rouminq üzrə vahid tarifə keçir

Telekommunikasiya Materials 17 Mart 2017 09:41 (UTC +04:00)
2017-ci il aprelin 18-dən "Azercell Telekom" MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən "Postpaid" və "Prepaid" abunəçiləri üçün vahid tarif tətbiq edəcək.
Azərbaycanın mobil operatoru 4 ölkədə rouminq üzrə vahid tarifə keçir

Bakı. Hüseyn Vəliyev - Trend:

2017-ci il aprelin 18-dən "Azercell Telekom" MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən "Postpaid" və "Prepaid" abunəçiləri üçün vahid tarif tətbiq edəcək.

Trend-in məlumatına görə, vahid tariflər Daniya, Lixtenşteyn, Norvec və Serbiya operatorlarının şəbəkələrində qüvvədə olacaq.

İstiqamətindən asılı olmayaraq daxil olan zənglərin 0,32 manat, edilən zənglərin qiyməti isə 2 manat olacaq. İnternet-trafikin bir meqabaytı 4 manat, istiqamətindən asılı olmayaraq bir SMS-in qiyməti 0,20 manat olacaq.

Xəbər lenti

Xəbər lenti