...

Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır (FOTO)

Telekommunikasiya Materials 1 May 2018 10:44 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.
Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

QSC-dən Trend-ə verilən məlumata görə, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli yarım-yararlı materiallarla əsaslı təmiri aparılır.

Təmir işlərini icra edən “Dəmiryolservis” MMC tərəfindən artıq Şirvan çeşidləmə-Şirvan mənzilinin tək yolunda və Şirvan baş stansiyasının tək yolunda 4.1 km uzunluğunda yollar əsaslı təmir edilib.

Hazırda Qaragünə-Şirvan çeşidləmə mənzilində 6,7 kilometrlik yolun əsaslı təmiri həyata keçirilir.

Xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1968-ci ildə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlərin böyük əhəmiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti