...

İlin ən yaxşı smartfonu müəyyən edildi

Telekommunikasiya Materials 16 Avqust 2018 19:28 (UTC +04:00)
EISA "Huawei P20 Pro" smartfonunu 2018-ci ilin ən yaxşı telefonu adlandırıb.
İlin ən yaxşı smartfonu müəyyən edildi

Bakı. Trend:

Avropanın audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (EISA) "Huawei P20 Pro" smartfonunu 2018-ci ilin ən yaxşı telefonu adlandırıb.

Trend-in məlumatına görə, mütəxəssislər bu smartfonu ən innovasiyalı və texniki cəhətdən mükəmməl hesab ediblər.

Təşkilat nümayəndələri həmçinin ən əlverişli büdcəli telefonu müəyyən ediblər. Bu ada "NOA Element N10" modeli layiq görülüb.

Qeyd edək ki, EISA təşkilatı 19 Avropa ölkəsindən olan 50 bu cür nəşri özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti