...

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

Telekommunikasiya Materials 1 Noyabr 2018 17:24 (UTC +04:00)
Növbəti 4 il ərzində İttifaqa Çin əsilli Houlin Zao başçılıq edəcək.
Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Dubay şəhərində keçirilən 20-ci Səlahiyyətli Konfransı zamanı üzv dövlətlərin səsverməsi ilə qurumun Baş katibi seçilib.

Trend-in məlumatına görə, növbəti 4 il ərzində İttifaqa Çin əsilli Houlin Zao başçılıq edəcək. Yeni Baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. Baş katibin seçilməsi üçün 89 üzv dövlətin səsi kifayətdir.

O, 1 yanvar 2019-cu ildən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.

Xatırladaq ki, bundan əvvəl də H.Zao BTİ-nin Baş katibi idi. O, informasiya-kommunikasiya texnologiyaları mühəndisidir.

H.Zao 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi vəzifəsinə seçilməzdən əvvəl BTİ-nin Baş katibinin müavini, İttifaqın İKT üzrə texniki standartlar işləyib hazırlayan Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru kimi çalışıb.

Eyni zamanda, bu gün BTİ-nin Baş katibinin Müavini vəzifəsinə ingilis vətəndaşı Malkom Conson, BTİ-nin Telekommunikasiya Standartlaşdırma Bürosunun Direktoru vəzifəsinə koreyalı Çausib Lee və BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun Direktoru vəzifələrinə amerika vətəndaşı xanım Dorin Martin seçilib.

BTİ-nin Radiorabitə Bürosunun Direktoru vəzifəsi üzrə namizədlər lazımi səs toplamadığı üçün sabah yenidən səsvermə keçiriləcək.

Seçkilərdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti