Bakı. Sara İsrafilbəyova - Trend:
Yevlax rayonunda tikilməkdə olan ehtiyat DATA mərkəzi bu ilin iyul ayında fəaliyyətə başlaya bilər.
Trend-in məlumatına görə, bunu Bakıda “AzInTelecom”un direktor müavini Ceyhun Əliyev kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən “Dayanıqlı və təhlükəsiz bulud mühiti” konfransında deyib.
O qeyd edib ki, ehtiyat nüsxələmə çox vacib texnologiyadır və bunun köməyi ilə istənilən itirilmiş informasiyanı bərpa etmək olar:
“Elə şirkətlər var ki, onların öz İT infrastrukturları yoxdur, bu şirkətlər öz məlumatlarını Yevlaxda tikilən məlumat bazasında saxlaya bilər”.