...

Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Telekommunikasiya Materials 25 Aprel 2019 17:56 (UTC +04:00)
Azərbaycanın ən sürətli mobil şəbəkəsi Formula 1 təqviminin ən sürətli şəhər trekində ən sürətli mobil internet xidmətlərini təqdim edir
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı ilə əlaqədar olaraq xüsusi hazırlıq işləri görüb.

"Bakcell"dən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsinə əsasən Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərəcək. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı verilib və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənib. Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell tərəfindən yarış tamaşaçıları üçün əyləncəli tədbirlər təşkil edilib. Həmçinin şirkət yarış müddətində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edəcək.

Bundan əlavə, Bakcell özünün sosial media səhifələrində abunəçilər üçün xüsusi müsabiqələr keçirib və qaliblərə Formula 1 yarışına və bu yarış çərçivəsində keçirilən əyləncə tədbirlərinə 150-dən çox bilet hədiyyə edib.

Yarış həftəsonu ərzində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışının ilk rəsmi dəstəkçisi olan Bakcell şirkəti Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə 2G, 3G və 4G şəbəkələrinin tutumunu maksimal dərəcədə optimallaşdırıb. Bakı və Abşeron ərazisində saniyədə 225 meqabitə qədər mobil internet sürətini təmin edən və ən müasir texnoloji tələblərə cavab verən LTE-A şəbəkəsi tam hazırlıq vəziyyətə gətirilib, yarış zamanı mobil xidmətlərin istifadəsində (səs və məlumat ötürülməsi) yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün isə dənizkənarı bulvar ərazisində 7 ədəd müasir mobil baza stansiyası quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, Bakcell Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək xaricdən gələn qonaqların və ölkə vətəndaşlarının mobil rabitəyə aid suallarını cavablandıracaq.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti