...

«Azərbaycan Samsung-u seçir» - “Nargis” Fondunun dəstəyi ilə Samsung şirkətindən yeni irimiqyaslı layihə

Telekommunikasiya Materials 4 Sentyabr 2019 10:00 (UTC +04:00)
Heç kəs üçün sirr deyil ki, əksər Azərbaycan ailələrində heç deyilsə bir Samsung məhsulu vardır.
«Azərbaycan Samsung-u seçir» - “Nargis” Fondunun dəstəyi ilə Samsung şirkətindən yeni irimiqyaslı layihə

Bakı. Trend:

Heç kəs üçün sirr deyil ki, əksər Azərbaycan ailələrində heç deyilsə bir Samsung məhsulu vardır.

Bu soyuducudan başlanaraq, mobil telefonadək aid edilir. Öz əlli illik yubileyi ərəfəsində Samsung şirkəti brendə göstərilən bu etimada minnətdarlıq olaraq, “Azərbaycan Samsung-u seçir” adlı yeni layihəyə start verir. Şirkət “Hər bir uşaq keyfiyyətli təhsil almalıdır” şüarını əsas tutaraq, “Nargis” Fondunun dəstəyi ilə Quba, Biləsuvar və Tovuz rayonlarının 3 məktəbində xüsusi təhsil otaqları yaratmağı planlaşdırır. Sözügedən otaqlar Samsung şirkətinin qabaqcıl texnoloji məhsulları ilə təchiz olunaraq, şagirdlərin həm təhsil prossesini yüngülləşdirəcək, həm də onların rəqəmsal texnologiya ilə tanışlığına səbəb olacaqdır. Bu layihəni reallaşdıraraq Samsung Azərbaycan xalqının simasında sadiq istehlakçısına öz dərin hörmətini bildirərək, Azərbaycan uşaqlarının gələcəyinə töhfə vermək istəyir. Həmçinin, layihə çərçivəsində Azərbaycanın bölgələrinə üz tutan “səyyar kinoteatr” turunu planlayır ki, bu turda uşaqların çox sevdiyi cizgi filmi nümayiş etdiriləcəkdir. Uşaqların maraqlı, xoş vaxt keçirmələri və müsbət enerji almaları üçün kino seanslar açıq hava şəraitində baş tutacaq. Belə ki, sözügedən bu layihənin əsas məqsədi uşaqların son tətil günlərini məmnuniyyətlə keçirmələri və yeni güclə məktəbə üz tutmalarıdır. Həmçinin layihə çərçivəsində kiçik seyirciləri Samsung-dan xüsusi hədiyyələr də gözləyir.

Səyyar kinoteatrı qeyd edilən regionlarda gözləyin:

Region

Seansın günü

Keçirilmə yeri

Qazax

06.09.2019

Heydər Əliyev parkı

Gəncə

07.09.2019

Heydər Əliyev parkı

Zaqatala

08.09.2019

Mərkəzi park

Quba

13.09.2019

Quba Meydanı park

Sabirabad

14.09.2019

Heydər Əliyev parkı

Ağdam

15.09.2019

Icra hakimiyyətinin yaxınlığında

Hörmətli valideynlər, sizi bu unikal fürsətdən istifadə etməyə və uşaqlarınıza sevinc dolu anlar yaşatmağa dəvət edirik. Qeyd edək ki, seanslar tamamilə pulsuzdur və istənilən uşaq burada seyirci olaraq iştirak edə bilər. Hər birinizə gözəl istirahətlər arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti