...

"ARB 24" telekanalı 1 yaşını qeyd edir

Telekommunikasiya Materials 27 Noyabr 2019 17:05
Bu gün Azərbaycanın ilk biznes-xəbər kanalı olan "ARB 24" telekanalının 1 yaşı tamam olur.
"ARB 24" telekanalı 1 yaşını qeyd edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Azərbaycanın ilk biznes-xəbər kanalı olan "ARB 24" telekanalının 1 yaşı tamam olur.

Trend-in məlumatına görə, "ARB 24" telekanalı 27 noyabrdan etibarən Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb. "ARB 24" telekanalı 24 saat ölkə və dünyanın xəbər mühiti, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edir.

Günün iqtisadi gündəmi müxtəlif canlı verilişlərdə müzakirə edilməklə yanaşı, ölkə və dünya birjalarında baş verən proseslər, hadisələrin valyuta bazarına təsirləri barədə yerli və xarici mütəxəssislərlə təhlillər aparılır.

Trend Beynəlxalq İnformasiya Agentliyi "ARB 24" telekanalı təbrik edir və daha neçə onilliklər ərzində reytinqlərdəki zirvələri qoruyub saxlamağı arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti