...

WhatsApp-da yeni virus aşkar olunub - Xəbərdarlıq

Telekommunikasiya Materials 7 Yanvar 2020 00:44 (UTC +04:00)
WhatsApp-da "Yeni il virusu" aşkar olunub
WhatsApp-da yeni virus aşkar olunub - Xəbərdarlıq

Bakı. Trend:

WhatsApp-da "Yeni il virusu" aşkar olunub.

Trend-in məlumatına görə, bu barədə gizchina.com portalı yazıb.

Məlumata əsasən, cinayətkarlar bayram təbrikləri adı altında istifadəçilərə yoluxmuş veb səhifələrə linklər göndərirlər. Bu linklərə keçdikdən sonra hakerlər istifadəçinin smartfonda və ya kompüterdə saxlanan şəxsi məlumatlarına giriş əldə edirlər.

Virusun sadəliyinə baxmayaraq, təbrik mesajlarının bolluğuna görə bir çox istifadəçi diqqətsizlikdən yoluxmuş limklərə keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti