...

Galaxy Note 20 məhsul xəttində nə kimi yenilikləri qeyd etmək olar?

Telekommunikasiya Materials 25 Avqust 2020 11:53 (UTC +04:00)
Galaxy Note 20 məhsul xəttində nə kimi yenilikləri qeyd etmək olar?

Bakı. Trend:

Unpacked mərasimində diqqət çəkən məqamlardan biri də yeni Galaxy Note seriyasının təqdimatı oldu. Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonlarından ibarət məhsul xəttinin istehsalçısı, hələ belə fabletlər təqdim etməmişdir. "Plus" adını "Ultraya " əbəs yerə dəyişdirməyən Samsung-un təqdim etdiyi smartfonlar arasında olan fərq də “ultra qabarıq” şəkildə nəzərə çarpır.

Vizual olaraq, Galaxy Note 20 Ultra, Galaxy Note 20 modelindən forma baxımından fərqlənir, belə ki, birincisi yuvarlaq künclərə, ikincisi isə düzbucağa bənzər görünüşə malikdir. Bundan əlavə, smartfonlar ölçüləri ilə seçilir, beləliklə, cihazlar müvafiq olaraq 161.6 x 75.2 x 8.3 mm və 164.8 x 77.2 x 8.1 ölçüyə sahibdirlər. Təbii ki, modellər həm də fərqli çəkilər ilə təqdim edilib - 192 g və 208 g. Belə olduğu halda, Galaxy Note 20 Ultra-nın bir qədər böyük 6.9 " diaqonallı ekrana sahib olması helə də təəccüblü hal deyil. Eyni zamanda smartfon Galaxy Note 20-də istifadə edilən 6.7" və 2400 × 1080 piksel icazəli displeylə müqayisədə daha geniş, 3088 × 1440 piksel icazəli ekrana malikdir. Həmçinin, burada istifadəçi buna misal olaraq, parlaqlıq, və rəng tonu kimi ekran parametirlərini özünüzə uyğun tənzimləyə, "mavi rəng" filtri sayəsində isə displey işığının gözlərə mənfi təsirini azaltmağa kömək edir. Əlavə olaraq, smartfonlar fərqli təsvir yeniləmə surətinə malikdirlər ki, Note 20-də bu göstərici - 60 Hz, “ultrada” isə 120 Hz-a qədər artırıla bilir.

Bu bacarıqları sayəsində S Pen-dən istifadə etdiyinizdə stilusun komandaları daha cəld yerinə yetirilir. Təkmilləşdirilmiş stilus ilə daha çox jest əmrlərindən istifadə edə, fayllarla daha rahat işləyə, musiqi və ya slaydları dəyişdirə və qeydlər edib, mətn seçə bilərsiniz.

Lakin, yeniliklər bununla bitmir, belə ki, Note 20 xəttinin məhsulları Gorilla Glass 7 Victus adlanan yeni nəsil qoruyucu şüşə ilə təchiz edilmiş ilk smartfonlardır. Beləliklə, Galaxy Note 20 Ultra bütöv bir şüşə monolit olub, həm ekran həm də arxa panelində gücləşdirilmiş şüşədən istifadə edilmişdir. Burada Galaxy Note 20-nun arxa paneli isə şüşəni xatırladan polikarbonat materialdan düzəldilmişdir . Hər iki cihaz 2020-ci ilin eksklüziv rəngi olan, bürünc rəngdə mövcuddur. Sözü gedən bu rəng həqiqətən bənzərsizdir, belə ki atlaz çaların xüsusi strukturu bürünc parıltısından və rəngin teksturandan zövq almağa imkan yaradır.

Hər iki smartfonun yaddaş həcmi eyni olub, 8 GB operativ və 256 GB daxili yaddaşdan ibarətdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, yalnız Note 20 Ultra-da microSD kartın istifadəsi mümkündür.

Həmçinin, Galaxy Note 20 Ultra geniş bucaqlı 108 MP əsas kamera, 12 MP tele foto sensoru, 5 qat optik zoom və 12 MP ultra geniş bucaqlı obyektiv təklif edir. Galaxy Note isə 12/12/64 MP üç modulu əsas kamera və 3 qat optik zoom ilə təchiz olunub, burada quraşdırılmış 10 MP avtofokuslu ön kamera isə portret çəkilişləri üçün mükəmməldir.

Əlbəttə ki, Galaxy Note 20 ilə Galaxy Note 20 Ultra arasındakı fərq dərhal aydın görünür, lakin bu çox məqsədyönlü marketinq təşəbbüsü sayəsində Samsung bizlərə uyğun qiymətə premium smartfon əldə etməyə imkanı yaradır. Burada ən əsas məqam isə hər iki cihazın dəyişməz olaraq qalan, ənənəvi Samsung keyfiyyətində olmasıdır. İstehsalçı sizin üçün daha bir sürpriz hazırlayıb, belə ki, avqust ayının 6-dan 26-dək Galaxy Note 20 Ultra və ya Galaxy Note20 smartfonlarını əvvəlcədən sifariş etməklə Galaxy Live Buds-ı hədiyyə olaraq qazanmaq şansı əldə edirsiniz (hədiyyəlik məhsulun rəngi dəyişə bilər).

Galaxy Note20 məhsul xəttinin yeni smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti