...

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

Telekommunikasiya Materials 19 Mart 2021 23:59 (UTC +04:00)
Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

Bakı. Trend:

Bu gün saat 21.00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaranan problem lokal deyil, qlobal xarakter daşıyıb.

Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22.00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün dünyanın bır sıra ölkəsində, o cümlədən Azərbaycanda "Facebook" şirkətinə məxsus "Instagram" və "WhatsApp" sosial şəbəkələrinin işində problemlər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti