...

Facebook-un gündəlik auditoriyası 2,9 milyard nəfərə çatıb

Telekommunikasiya Materials 29 İyul 2021 08:35 (UTC +04:00)
Facebook-un gündəlik auditoriyası 2,9 milyard nəfərə çatıb

Bakı. Trend:

Dünyada hər ay azı bir dəfə "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı 2,9 milyardı ötüb.

Trend-in məlumatına görə, bu barədə şirkətin ilin ikinci rübə dair hesabatında xəbər verilib.

Bildirilir ki, göstərici ötən illə müqayisədə 7 faiz daha çoxdur.

2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə "Facebook" sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan isə şirkətin “Instagram”, “Messenger” və “WhatsApp” kimi xidmətlərindən birini ən azı ayda bir dəfə istifadə edib.

“Facebook” şirkətinin gəliri bu il 29,08 milyard, xalis mənfəəti 10,39 milyard, ötən il gəlir 18,69, xalis mənfəəti isə 5,18 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti