...

"İnstagram"ın işində qüsurlar yaranıb

Telekommunikasiya Materials 3 Avqust 2021 01:45 (UTC +04:00)
"İnstagram"ın işində qüsurlar yaranıb

Bakı. Trend:

"İnstagram" sosial şəbəkənin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Braziliya, Britaniyada, Rusiya və Almaniyada qeydə alınıb.

İstifadəçilərin 22 faizi əsasən hesablarına giriş, 60 faizi lentə baxış, 15 faizi isə videoların yüklənməsində problemlərlə üzləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti