...

"WhatsApp"ın baş direktoru mesencerin işinin tam bərpa edildiyini açıqladı

Telekommunikasiya Materials 5 Oktyabr 2021 06:31 (UTC +04:00)
"WhatsApp"ın baş direktoru mesencerin işinin tam bərpa edildiyini açıqladı

Bakı. Trend:

"WhatsApp" mesencerinin fəaliyyəti tam bərpa edilib.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində sosial şəbəkənin baş direktoru Uill Ketkart yazıb.

U.Ketkart bildirib: "Hazırda biz tam bərpa olduq və işləyirik".

Baş direktor problemlərin aradan qaldırılmasına yardım edənlərə də təşəkkürünü bildirib.

Xatırladaq ki, daha əvvəl "Facebook", "Instagram" və "WhatsApp"ın işinin tədricən bərpa edildiyi bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti