...

Azərbaycan “hökumət buludu” konsepsiyasının yaradılmasında qabaqcıl təcrübələrdən istifadə edir

Telekommunikasiya Materials 9 İyul 2022 22:05 (UTC +04:00)
Azərbaycan “hökumət buludu” konsepsiyasının yaradılmasında qabaqcıl təcrübələrdən istifadə edir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan “Hökumət buludunun” (G-Cloud) yaradılmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə edir.

Bu barədə Trend-ə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan AzInTelecom MMC-dən deyiblər.

Qeyd edilib ki, "G-Cloud" layihəsinin yüksək keyfiyyətli və səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniya kimi aparıcı ölkələrin bir sıra ixtisaslaşmış şirkətlərinin təcrübəsi öyrənilib:

"Müasir standartlara cavab verən "G-Cloud" konsepsiyasının inkişafı üzrə uzunmüddətli strategiyanın hazırlanması, eləcə də dövlət qurumlarının informasiya sistemlərinin bu “bulud”a keçidi müzakirə edilib. Bu istiqamətdə dövlət informasiya sistemlərinin xərclərinin azaldılması və fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təhlükəsizliyin artırılması, sabit və dayanıqlı İT infrastrukturunun təmin edilməsi istiqamətində işlər görülüb. Bu məqsədlə 7/24 fəaliyyət göstərəcək operativ əlaqələndirmə mərkəzinin və monitorinq xidmətinin yaradılması təklif edilir".

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda “hökumət buluduna” keçmək üçün dövlət büdcəsindən doqquz milyon manat ayırmağı nəzərdə tutulur.

Bu vəsait müvafiq lisenziyaların alınması, "G-Cloud"un yaradılması və artıq sistemə qoşulmuş strukturlara texniki dəstək, eləcə də digər əməliyyatlar üçün istifadə olunacaq. Ümumilikdə 36 dövlət strukturunun "G-Cloud"a keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti