...

Azərbaycanda milli "bulud" texnologiyalarının formalaşması üzrə işlər görülür

Telekommunikasiya Materials 13 Aprel 2023 12:05 (UTC +04:00)
Azərbaycanda milli "bulud" texnologiyalarının formalaşması üzrə işlər görülür
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda milli "bulud" texnologiyalarının formalaşması üzrə işlər görülür.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, xaricdə yerləşdirilən "bulud" texnologiyiaları məlumatların mühafizəsi sahəsində xarici iştirakçılardan asılılıq kimi problemlər yaradır.

"Bu problemdən qaçınmaq üçün biz ölkəmizin ərazisində yerləşən "bulud" texnologiyalarına üstünlük veririk. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə digər dövlət və özəl təşkilatlar tərəfindən "bulud" həllərinin və hökumət buludunun yaradılması üzrə işlər görülməkdədir", - o deyib.

T.Məmmədov həmçinin bu gün 250 dövlət strukturunun 500-dən çox domen adında 30 mindən yuxarı elektron ünvanının olduğunu bildirib.

"Biz hökumət orqanları üçün yeni elektron poçt sisteminin yaradılması üzərində işləyirik və ilin sonunadək həm layihənin hazırlanmasının, həm də dövlət strukturlarının bu sistemə köçürülməsinin yekunlaşacağı gözlənilir", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti