...

PASHA Bank-ın Kibertəhlükəsizlik Mərkəzi yüksək beynəlxalq qiymət alıb (FOTO)

Telekommunikasiya Materials 18 May 2023 12:00 (UTC +04:00)
PASHA Bank-ın Kibertəhlükəsizlik Mərkəzi yüksək beynəlxalq qiymət alıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

PASHA Bank-ın Kibertəhlükəsizlik Mərkəzi 2022-ci ildə yüksək beynəlxalq qiymət alıb.

Trend xəbər verir ki, bunu PASHA Bank-ın baş direktoru və idarə heyətinin sədri Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildə bankda Kibertəhlükəsizliyə Nəzarət Mərkəzi yaradılıb.

"Mərkəz 24/7 rejimdə fəaliiyyət göstərir. Mərkəzimiz beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilib və beynəlxalq standartlara uyğunluğu təsdiq olunub", - o deyib.

C.Quliyev bankın öz müştərilərinin ehtiyaclarını qarşılamaq və beynəlxalq standartlara cavab vermək üçün ən yaxşı texnologiyaların tətbiqinə tərəfdar olduğunu vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti