...

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricələri ilə bağlı layihə hazırdır (ÖZƏL)

Telekommunikasiya Materials 22 İyun 2023 14:55 (UTC +04:00)
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricələri ilə bağlı layihə hazırdır (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici təcrübənin öyrənilməsinə başlayıb, geniş təhlillər aparıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinə dair minimal tələblərin müəyyən edilməsi, xidmət keyfiyyəti üzrə operatorların, internet provayderlərin fəaliyyətinin tənzimlənməsi, habelə telekommunikasiya xidmətlərinin keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İKTA “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda” layihəsi hazırlayıb və aidiyyatı üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edib.

Layihənin müvafiq razılaşdırmalardan sonra təsdiq ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti