...

İnternet provayderlərinin keyfiyyətinə dair sorğu aparılacaq (ÖZƏL)

Telekommunikasiya Materials 22 İyun 2023 17:23 (UTC +04:00)
İnternet provayderlərinin keyfiyyətinə dair sorğu aparılacaq (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İnternet provayderlərin təqdim etdiyi müştəri xidmətinin keyfiyyətinə dair sorğu aparılacaq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Qeyd edilib ki, İKTA telekommunikasiya bazarındakı mövcud vəziyyəti anlamaq üçün müştəri məmnuniyyəti ilə bağlı müxtəlif sorğuların və araşdırmaların aparılmasını planlaşdırır.

"Bu proses istehlakçılardan mütəmadi olaraq qiymət, xidmət xüsusiyyətləri baxımından internet provayderlərin təqdim etdiyi müştəri xidmətinin keyfiyyətinə və tutarlılığına dair qərəzsiz rəy toplamağa imkan verəcək, istehlakçıların internet provayderlərdən gözləntilərini öyrənməyə kömək edəcək. Bütün bunlar isə tənzimləyici qurumun bu sahədə daha əsaslı işlər görməsinə imkan verəcək", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti