...

İdentifikasiya Fondunun fəaliyyətinin məqsədləri və detalları açıqlandı (ÖZƏL)

Telekommunikasiya Materials 11 Aprel 2024 13:40 (UTC +04:00)
İdentifikasiya Fondunun fəaliyyətinin məqsədləri və detalları açıqlandı (ÖZƏL)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İdentifikasiya Fondunun əsas məqsədi investisiyaları müşayiət edən risklərin minimallaşdırılmasından ibarətdir.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovativ Ekosistem şöbəsinin rəhbəri Yevgeniya Bikmurzina deyib.

"İdentifikasiya fondunun əsas məqsədi Azərbaycanda investisiya mühitini təşviq etməkdir. Digər sözlə, missiyamız özəl sektora və biznes mələklərinə investisiyaların həyata keçirilməsində kömək göstərməkdən ibarətdir. Əsas məqsəd xüsusən uğursuzluq ehtimalı 90 faiz olan startaplar sektorunda investisiyaları müşayiət edən riskləri minimallaşdırmaqdan ibarətdir.

Hökumət özəl investorların üzləşdiyi riskləri yüngülləşdirmək və bölüşdürmək üçün qətiyyətli tədbirlər görür. Bu, startapların başlanğıc inkişaf mərhələsində öz məhsullarını hazırlamaq üçün əlavə vəsait əldə etməsinə imkan verir. Digər tərəfdən, investorlar üçün ilk investisiyalarının tərəfdaşları tərəfindən dəstəkləndiyindən əmin olmaq vacibdir.

Beləliklə, İdentifikasiya Fondu vasitəçi rolunda çıxış edərək, investisiya yatırmanın erkən mərhələsində həm startaplar, həm də investorlar üçün dəstək təmin edir. Bu, innovasiyaların inkişafına və ölkədə investisiyalar üçün əlverişli mühitin yaradılmasına səbəb olacaq", - deyə o vurğulayıb.

Y.Bikmurzina bildirib ki, İRİA hazırda fond üçün biznes mələklər (özəl vençur investorunun) tapmağa çalışır.

"Hazırda iki il ərzində 500 min ABŞ dollarından çox investisiya qoymağa hazır olan biznes mələklər axtarışındayıq. İRİA birgə mikrofonda eyni məbləğdə investisiya qoymağa və investisiya qoyulan startaplarda pay götürməməyə hazırdır. Bu, biznes mələklər üçün riski diversifikasiya etməyə və investisiyaların sayını artırmağa imkan verəcək. Bununla belə, investisiyaların yarısı azərbaycanlıların təsis etdiyi şirkətlərə getməlidir. Qərar qəbulu Agentliyimizin nümayəndələri və bir neçə fəal biznes mələyindən ibarət olacaq investisiya komitəsinin köməyilə həyata keçiriləcək", - deyə o əlavə edib.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində kömək göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti