...

AZƏRBAYCANDA MOBİL RABİTƏSİ İSTİFADƏÇİLƏRİNİN SAYI 1,7 MLN TƏŞKİL EDİR

Telekommunikasiya Materials 8 İyul 2005 15:09 (UTC +04:00)

Azərbaycanda mobil rabitəsi istifadəçilərinin sayı 1,7 mln təşkil edir. Təxminən hər 100 nəfərə 23 telefon düşür. Trend agentliyi xəbər verir ki, iyulun 8-də bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu, MDB ölkələri arasında kifayət qədər yüksək göstəricidir.Nazir bildirib ki, nazirliyin yaradıldığı gündən etibarən 142 min yeni nömrə istismara verilib və stasionar telefon istifadəçilərinin bütün ölkə üzrə ümumi sayı 1,2 mln təşkil edir.

Bu dövr ərzində Bakı yaxınlığında olan qəsəbələrdə bütün telefon stansiyaları elektronlaşdırılıb.Paytaxtda bu göstərici 62-63%, bütün respublika üzrə isə 52% təşkil edir.

Xəbər lenti

Xəbər lenti