...

XAÇMAZ RAYONUNDA YENİ MODUL ELEKTRİK STANSİYASININ TİKİNTİSİ ÜZRƏ İŞLƏRƏ BAŞLANILACAQ

Telekommunikasiya Materials 21 Sentyabr 2005 14:44 (UTC +04:00)

Gələn həftə Xaçmaz rayonunda 87 MVt gücündə olan yeni modul elektrik stansiyasının tikintisi çərçivəsində işlərin başlanılması nəzərdə tutulur. Azərenerji SC-də Trend ə bildirilib ki, işləri Azərbaycanın AZENCO şirkəti həyata keçirəcək.Şirkət hazırda Astara rayonunda modul stansiyasının tikintisini aparır.

Bu şirkətin direktoru Əhmədiyə Şahhüseynovun sözlərinə görə, Astarada tikinti aparılan ərazidə ilkin olaraq topoqrafik və geodeziya tədqiqatları keçirilib, lazımi təhlillər yerinə yetirilib, bunun əsasında təməlin koordinatları müəyyən edilib.

Astara elektrik stansiyasının tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.Dövlət başçısının tapşırığına əsasən, Xaçmazda və Şəkidəki stansiyalar 2006-cı ildə istismara verilməlidir.

Xəbər lenti

Xəbər lenti