...

Maltanın FIM Bank-ı üzrə məhkəmə iclası başqa vaxta keçirilib

Telekommunikasiya Materials 16 Fevral 2006 18:13 (UTC +04:00)

Azərbaycan hökumətini Rabitə Nazirliyinin guya zəmanəti altında mövcud olmayan Pochtbank müəssisəsinə verilən krediti ödəməməkdə günahlandıran Maltanın First International Merchant Bank-nın (FimBank) işi üzrə məhkəmə iclası təxirə salınıb. Rabitə Nazirliyinin Hqüq və kadrlar şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun Trend ə verdiyi məlumata görə, fevralın 14-nə planlaşdırılan iclas iddiaçı tərəfin məhkəmənin qərarı üzrə müvafiq sənədlərin hazırlanması üçün möhlət verilməsi ilə müraciəti ilə əlaqədar martın 29-na keçirilib.

Bu iş üzrə sonuncu məhkəmə iclası Rotterdam dairə məhkəməsində yanvarın 4-də keçirilib və həmin iclasda Azərbaycan ölkə hökumətinin bu işdə iştirak etməməsi ilə bağlı inandırıcı sübutlar təqdim edib.

Bundan əlavə, Rabitə Nazirliyinin nümayəndəsi yaxın günlərdə həmin sənədlərin Paris məhkəməsinə də təqdi ediləcəyini bildirib. Belə ki, FIM Bank-ın iddiası Rabitə Nazirliyinin 500 min səhminə ($3,5 mln) və Eutelsat S.A. şirkətinə qoyulan dividentlərin üzərinə qoyulan həbslə bağlı iddianın yerinə yetirilməsi üzrə tədbirlərin görülməsi üçün həmin məhkəməyə göndərilib.

"Paris məhkəməsinin qərarı öz növbəsində Rotterdam məhkəməsinin qəbul etdiyi yekun qərardan asılı olacaq", - deyə B.Məmmədov bildirib.

Fimbank-ın saxtalaşdırılmış sənədlər əsasında Rabitə Nazirliyinin mövcud olmayan Aztell müəssisəsi üçün ayırdığı kreditin məbləği $ 3 035000, mövcud olmayan Baktell şirkəti üçün isə $1 560000 təşkil edir.

Məhkəmə yekun qərar çıxararkən həmçinin, əlavə mənbələrin- hər iki tərəfdən şahidlərin cəlb edilməsini də tələb edə bilər.

Bundan əvvəl rabitə naziri Əli Abbasovun özünün verdiyi məlumata görə, Azərbaycan FIM Bank -dan vurduğu mənəvi ziyana görə rəsmi üzr istəməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti