...

Rabitə naziri Pakistana səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Telekommunikasiya Materials 27 Fevral 2006 17:06 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Pakistana səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Trend bildirir ki, bu barədə nazirliyin fevralın 27-də yaydığı məlumatında deyilir.Ə.Abbasovun Pakistana səfəri fevralın 20-dən 25-dək davam edib.

Nazirin səfərinin əsas məqsədi İslamabadda İslam konfransı təşkilatının elmi-texniki əməkdaşlıq daimi komissiyasının XII baş Assambleyasında iştirak etmək olub.

Konfrans əiəfəsində rabitə naziri Ə.Abbasov müxtəlif beynəlxalq təşkilat və institutların rəhbərləri, o cümlədən Türkiyənin dövlət naziri Mehmet Aydın, Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil və mədəniyyət naziri Canan Öztorpak, pSəudiyyə Ərəbistanının elm və texnologiya müəssisəsinin prezident Saleh Abdurrəhman Əl-Atal, Sudanın elm və texnologiya naziri Abdurrəhman Said, Tacikistan Elm Akademiyasının prezidenti Məmməd İlalov, İordaniya ali təhsil və elmi araşdırmalar naziri Xalid Toukan, Pakistanın elm və rabitə naziri Novruz Şükür və digərləri ilə ikitərəfli görüşlər keçirib.

İclasda çıxış edən Ə.Abbasov informasiya texnologiyalarının elmə tətbiqi sahəsində keçirilməsi planlaşdırılan islahatlar və tədbirlərdən danışıb. Azərbaycanın tədbirlərdə fəal iştirakı nəzərə alınraq Assambleyanın qərarı ilə nazir fevralın 22-də keçirilmiş plenar iclasının sədri seçilib.

İclasın sonunda Komissiyanın məruzəsi dinlənilib və 66 hissəni əhatə edən tövsiyələr paketi qəbul edilib. Tədbirin iştirakçılarını (nazirlər), o cümlədən Ə.Abbasovu Pakistanın baş naziri Şövkət Əziz qəbul edib.

Xəbər lenti

Xəbər lenti