...

Azərbaycan nümayəndə heyəti Almaniyaya yola düşüb

Telekommunikasiya Materials 6 Mart 2006 14:39 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti martın 9-dan 15-dək Hannoverdə keçiriləcək CeBIT-2006 - İnformasiya texnologiyalarının illik beynəlxalq sərgisində iştirak etmək üçün Almaniyaya səfər edib. Sinam, Ultra, Aztelekom, Delta Telecom, AtaTexnologiya, Catel şirkətlərinin nümayəndələri artıq martın 5-də yola düşüb. Rabitə və informasiya texnologiyaları nazirliyindən Trend ə verilən məlumata görə, tədbirdə dövlət strukturundan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və nazirin WSIS (World Summit on the Information Society) məsələləri üzrə məsləhətçisi, Sinam şirkətinin rəhbəri Elçin Əliyev iştirak edəcək.

Tədbirdə Azərbaycanın iştirak payının 50%-i nazirlik tərəfindən veriləcək. Azərbcaycan üçün sərgilə 100 m2 sahə ayrlıb.

Dünyanın 60 ölkəsindən 3 mindən çox şirkətin iştirakının gözlənildiyi sərgidə 3 bölmə əks olunub: 1. Sənəd mübadiləsi, müəssisənin, işçi heyətinin idarə olunması, təhlükəsizliyin təmin edilməsi üzrə proqram məhsullarının təqdim olunacağı biznes-proseslər. 2.Rəqəmli avadanlıqlar və rəqəmli sistemlər. 3. Telematika və naviqasiya məhsullarının təqdim olunacağı kommunikasiya.

Xəbər lenti

Xəbər lenti