...

Rabitə Nazirliyi Azərbaycanda texnoparkların yaradılmasına hazırlaşır

Telekommunikasiya Materials 28 Mart 2006 15:10 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları Nazirliyi Azərbaycanda texnoparkların yaradılması ilə bağlı əlaqədar dövlət qurumlarına 10 gün ərzində sənəd-rəyləri təqdim etməyi planlaşdırır. Rabitə Nazirliyində Trend ə bildirilib ki, 11 nazirlik və komitənin tövsiyə və rəyləri hökumətə təqdim olunacaq.

"Nazirlikdə yaradılmış xüsusi qrupla paralel olaraq texnoparklarla bağlı qanun layihəsi də hazırlanır" -deyə dövlət strukturunda qeyd olunub.

Qanun layihəsinin hazırlanması prosesində belə obyektlərin mövcud olduğu bir sıra ölkələrin təcrübəsi öyrənilir. İşlər başa çatdıqdan sonra sənəd baxılmaq üçün müvafiq instansiyala təqdim olunacaq və dövlət idarələri ilə son müzakirədən sonra ölkə parlamentinə göndəriləcək.

2005-2008-ci illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövlət proqramına (E-Azərbaycan) əsasən, texnoloji parkların 2008-ci ilədək yaradılması nəzərdə tutulur.

Ernst & Young auditor şirkəti hesab edir ki, Azərbaycanda texnoparkların yaradılması ölkənin inkişafına xeyli kömək edəcək, belə ki, respublika belə strukturların yaradılmasına tamamilə hazırdır. Buna baxmayaraq xüsusilə maliyyə xərcləri, kadrların cərb olunması və s. kimi çətinliklər yarana bilər.

E&Y şirkətinin araşdırmalarına əsasən, burada texnoloji parkların inkişafının dəqiq strategiyası müəyyən edilməli və hökumət maliyyə ayrılmsı ilə bağlı mütləq yardım göstərməlidir.

"Texnoparkların yaradılması yeni yüksək əmək haqqı olan iş yerlərinin açılmasına imkan verəcək ki, bu da yerli mütəxəssislərin xaricdə iş axtarması prosesinə maneə yaradacaq" -deyə E&Y şirkətinin qərarında deyilir.

Xəbər lenti

Xəbər lenti