...

İlin sonuna qədər Aztelekom "Elektron Şamaxı" pilot layihəsini həyata keçirəcək

Telekommunikasiya Materials 17 İyun 2006 13:08 (UTC +04:00)

Aztelekom İB ilin sonuna qədər "Elektron Şamaxı" pilot layihəsini həyata keçirməyi planlaşdırır ki, bu layihədə NGN (Next Generation Network) texnologiyasının tətbiqi nəzərdə tutulub. Trend agentliyinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən yaydığı məlumata əsasən, layihə gerçəkləşdirildikdən sonra Şamaxının ən ucraq kəndlərində yaşayan əhali belə NGN rabitə xidmətindən yararlana bilər.

Bakıda bu texnologiya ilk dəfə olaraq Baki Telefon Rabitəsi (BTRIB) İB-nin abunəçilərinə təqdim olunmuşdu.

NGN niqt, görüntü və məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş universal çoxməqsədli şəbəkədir.

Xəbər lenti

Xəbər lenti