...

İntel Azərbaycanda texnoparkların yaradılmasına investisiya yatırmaqda maraqlıdır

Telekommunikasiya Materials 1 İyul 2006 14:47 (UTC +04:00)

İntel Azərbaycanda yüksək texnologiyalar üzrə xüsusi iqtisadi zonaların yaradılmasında maraqlıdır. Bu barədə, Trend xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və şirkətin vitse-prezidenti Uilton Aqatsteyn arasında Kuala-Lumpurda İnkişaf və İnformasiya Texnologiyaları üzrə Qlobal Alyansın zirvə göürüşü çərçivəsində keçirilən görüşdə bildirilib.

İnformasiyalı cəmiyyət üzrə Ümumdünya Zirvə Görüşünün Cenevrə və Tunis mərhələlərindəki fəallığına görə Ə.Abbasovu Qlobal Alyansın ali orqanı olan Strateji Şuraya üzvü seçmək qərara alınıb. Görüşdə nazir şirkət nümayəndəsini Azərbaycanda İT sahəsində keçirilən islahatlar barədə məlumatlandırıb.

İntel-in vitse-prezidenti qeyd edib ik, onun şirkəti Azərbaycanın bu sahəsinə investisiya qoymaqda çox maraqlıdır. Bildirilib ki, BakuTel 2006 sərgisi və "Xüsusi iqtisadi zonalar - Azərbaycan iqtisadiyyatının yeni sabit inkişaf istiqaməti" konfransı çərçivəsində Qlobal Alyansın növbəti iclasının keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Görüş zamanı şirkətin nümayəndə heyətinin Azərbaycana səfər etməsi ilə bağlı razılıq əldə olunub.Məqsəd - Azərbaycanda investisiya qoyuluşu üçün potensial istiqamətlərin müəyyənləşdirilməsidir.

Xəbər lenti

Xəbər lenti