...

Azərbaycan və Gürcüstan yerüstü poçt mübadiləsinə hazırlaşır

Telekommunikasiya Materials 5 İyul 2006 17:30 (UTC +04:00)

Azərbaycan və Gürcüstanın poçt administrasiyaları arasında imzalanmış protokola əsasən, iyulun 2-ci yarısından hər iki ölkə beynəlxalq poçt mübadiləsinə başlayacaq. Bu barədə Trend ə Azerpocht DM-dən məlumat verilib.

Əvvəlcə poçt mübadiləsi həftədə iki dəfə həyata keçiriləcək. Gələcəkdə isə gündəlik mübadilə, tranzit poçt daşımalarının həyata keçirilməsi planlaşdırılır.

"Əməliyyatların qrafiki müəyyən olunub və gömrük orqanları ilə razılaşdırılır", - deyə DM-dən qeyd olunub.

Hazırda Azərbaycan təkcə İranla yerüstü poçt daşımaları həyata keçirir. Hazırda niyyət protokolunun imzalandığı Rusiya ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti