...

Smart System Technology Bank Respublika üçün sürətli kanal çəkib

Telekommunikasiya Materials 26 Avqust 2006 12:37 (UTC +04:00)

Smart System Technology Bank Respublika üçün bir neçə iş görüb. Şirkətdən Trend ə verilən xəbərə görə, Smart System bankın baş ofisi və onun Bərdədəki filialı arasında sürətli kanal çəkib və korporativ şəbəkəyə qoşulmanı təmin edib.

Hazırda Smart banklar üçün analoji işlər görür. Məsələn, Bank of Baku və onun Nizami və Sumqayıt filialları arasında sürətli kanal çəkilir.

Smart System Əmrahbank üçün də analoji işlər görür. Burada sürətli kanalın çəkilişi və Tovuz filialının korporativ şəbəkəsinin Əmrahbankın baş ofisinə qoşulması üzrə işlər görülür. Bütün sadalanan işlər avqust ayının sonuna qədər tamamlanacaq.

Smart System Technology 1999-cu ilin noyabr ayında yaradılıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılma xidmətləri, telekommunikasiya şəbəkələrinin quraşdırılmasının layihələşdirilməsi, bank və maliyyə sahəsində mürəkkəb informasiya sistemlərinin, konsaltinq xidmətlərinin hazırlanması, internet-xidmətlərin göstərilməsi, müasir kommunikasiya avadanlığının satışı və s. ilə məşğul olur. Şirkət həmçinin Oracle korporasiyasının rəsmi tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti