...

İlin sonunadək Azərbaycanın Rabitə Nazirliyi Bakıda rabitənin elektronlaşdırılması prosesini başa vuracaq

Telekommunikasiya Materials 16 Oktyabr 2006 14:58 (UTC +04:00)

2006-cı ilin sonunadək Bakı Telefon Rabitəsi İB Bakıda rabiətinin elektronlaşdırılması prosesini başa vuracaq. Trend in xəbər verdiyi kimi, bu barədə müəssisənin rəhbəri Beydulla Hüseynov məlumat verib.

Onun sözlərinə görə, indiyədək 461/62/63/64/65 ATS-i yenidən qurulub.

Sabunçu, Qaradağ və Əzizbəyov telekommunikasiya qovşaqları (TKQ) tamamilə elektronlaşdırılıb.

"Bundan başqa Xətai TKQ-da 468/69, 61/62/, 60 ATS-də də işlər aparılır. Bu işlərin oktyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Həmçinin, 438/439, 494/495, 423, 471/472/473 və 474/475/476 ATS-i də yenidən qurulacaq", - deyə o bildirib.

Hazırda paytaxt üzrə rabitənin elektronlaşdırılmasının səviyyəsi 75%-i keçir.

Bu tədbirlər 2004-2008-ci illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına uyğun olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti