...

Softline Bakıda ixtisaslaşdırılmış seminar keçirəcək

Telekommunikasiya Materials 10 Noyabr 2006 16:11 (UTC +04:00)

Softline şirkəti ASKON qrupu ilə birgə Bakıda ixtisaslaşdırılmış seminar keçirəcək. Trend "Softline"-yə istinadən xəbər verir ki, 14 noyabrda keçiriləcək seminarın mövzusu "Üçölçülü layihələşdirmələrin və KOMPAS-3D sistemində konstruktor sənədləşmənin hazırlıqlarının imkanları"-dır.

KOMPAS həcmli layihələşdirmə və texniki sənədləşmənin buraxılışı üçün nəzərdə tutulan müasir konstruktor alətidir. Sistemə istehsalatın ən müxtəlif sahələri üçün böyük miqdarda əlavələr cəmləşdirilib. KOMPAS layihə -konstruktor və çertyoj işlərini avtomatlaşdırmağa imkan yaradır. Sistem təsvir və sənədləşmənin qanunvericilikdə nəzərdə tutulan standartlara uyğun hazırlanmasına istiqamətləndirilib.

KOMPAS-3D sistemi müxtəlif detalların və həm orijinal, həm də standartlaşdırılmış elementləri özündə əks etdirən quraşdırma vahidlərin üçölçülü assosiativ modellərini yaratmaq üçün nəzərdə tutulub.

Parametrli texnologiya bir dəfə layihələşdirilmiş prototip əsasında nümunəvi modelləri tez əldə etməyə imkan yaradır.

Çoxsaylı xidmət funksiyaları layihələşmənin yardımçı həllərini və istehsalatın xidmətini yüngülləşdirir.

Seminarı ASKON şirkətinin nümayəndəsi Oleq Zıkov aparacaq və iştirakçılara "KOMPAS-3D-də üçölçülü layihələşdirmələr və çertyoj-konstruktor sənədləşməsinin buraxılışı", "KOMPAS-3D V8 Plus. Yeni imkanlar", "KOMPAS-3D istifadələrinin layihələri", "KOMPAS-3D və KOMPAS- qrafik tıətbiqinin xülasəsi: materialların və sortimentlərin kitabxanası, Standart məmulatların kitabxanası, KOMPAS-Shaft və KOMPAS -sprinq, Animasiya və fotoreallıq, Universal Express mexanizmi" mövzularında məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti