...

Maldovanın İnformasiya inkişafı Nazirliyinin nümayəndə heyəti Azərbaycana gələcək

Telekommunikasiya Materials 11 Dekabr 2006 18:35 (UTC +04:00)

Maldovanın İnformasiya İnkişafı Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyətinin bu yaxınlarda bu ölkəyə səfərinin gedişində belə qərar qəbul olunub. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

GUAM ölkələrinin informasiya texnologiyaları üzrə işçi qrupunun ikinci iclası çərçivəsində Azərbaycan Rabitə Nazirliyi nümayəndələrinin bu ölkənin İnformasiya inkişafı naziri Vladimir Molojenovla görüşü baş tutub. Ölkələr arasında müzakirənin əsas predmeti rabitə və infolrmasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı, bu istiqamətdə qazanılmış təcrübənin bölüşülməsi məsələləri olub. Tərəflər Moldava nümayəndə heyətinin gələn il Azərbaycana səfəri zamanı əməkdaşlıq yolu ilə müzakirələr aparacaqları barədə razılığa gəliblər. Qeyd edək ki, hər iki ölkənin hökuməti informasiya texnologiyaları və məlumatlandırma sahəsində ölkə başçısı İlham Əliyevin 2005-ci ilin aprelində Moldavaya səfəri zamanı imzalanmış razılıq əsasında əməkdaşlıq edirlər. Sənədə görə, tərəflər danışıqlar aparıb və yekun olaraq informasiya cəmiyətinin inkişafı sahəsində geniş tədbirlər planının yaradılması barədə qərar qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti