...

Azərcell İspaniya ilə ikinci GPRS/MMS rouminq-sazişi imzalayıb

Telekommunikasiya Materials 19 Yanvar 2007 18:55 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azərcell Telecom BM İspaniyanın "Iodafone" operatoru ilə GPRS/MMS rouminq xidmətini abunəçilərin istifadəsinə verib. Bu barədə Trend Azərcell Telecom BM-in məlumatına istinadən xəbər verir.

Bu, operatorun artıq İspaniya ilə sayca ikinci GPRS/MMS rouminq müqaviləsidir. "Azercell" abunəçiləri hazırda bu ölkənin "Telefonica" operatorunun xidmətindən yararlanırlar.

Indiyə kimi "Azercell Telekom" BM 34 ölkənin mobil rabitə operatorları ilə 69 GPRS/MMS rouminq sazişi bağlayıb.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti