...

Azərbaycanın mobil operatoru Azərcell iki nominasiya üzrə Uğur mükafatı qazanıb

Telekommunikasiya Materials 30 Yanvar 2007 12:45 (UTC +04:00)
Azərbaycanın mobil operatoru Azərcell iki nominasiya üzrə Uğur mükafatı qazanıb

Azərbaycanın mobil operatoru - Azərcell Telecom növbəti dəfə Uğur mükafatına layiq görülüb. Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, mükafatın ənənəvi laureatı iki nominasiya üzrə mükafata layiq görülüb - Azərcell-in baş müdiri A.Halim Ateş "İlin top meneceri", Azərbaycanın ən məşhur əmtəə nişanlarından olan SimSim isə "İlin milli brendi" seçilib.

"Consulting & Business" jurnalının təsis etdiyi İqtisadiyyat və Biznes Sahəsində Milli Mükafat - "Uğur" 2006-cı ildə iqtisadi sahədə fərqlənən şirkət və biznes sahəsində çalışan insanlara təqdim edilib.

2006-cı ilin əvvəlində Bakıya Azercell-in yeni baş müdiri kimi gələn A.Halim Ateşin rəhbərliyi altında şirkət 2006-cı ildə çoxlu uğurlara imza atıb. 1000-ci radio baza stansiyasının quraşdırılması, 135-ci ölkənin sayca 300-cü operatoru ilə rouminq müqaviləsinin imzalanması, MDB-də analoqu olmayan Simurq xidmətinin istifadəyə verilməsi A.Halim Ateşin Azercell Telekom BM-ə rəhbərlik etdiyi qısa zamanda əldə olunan çoxsaylı nailiyyətlərdən bir neçəsidir.

1996-1997-ci illərdə Akbank-da, 1997-1998-ci illərdə Esbank-da insan qaynaqaları üzrə mütəxəssis vəzifəsində işləyən Halim Ateş 1998-2002-ci illərdə Türkcell-də, 2002-2004-cü illərdə Fintur Holding BU-da insan qaynaqları üzrə menecer kimi çalışıb.

2004-2006-cı illərdə onun rəhbərliyi altında Moldovanın "MoldCell" mobil rabitə operatoru liderlik zirvəsinə yüksəlib.

1998-ci ildə Azərbaycan mobil rabitə bazarında analoqu olmayan xidmət kimi istifadəyə verilən "SimSim" qısa müddət ərzində azərbaycanlılar arasında populyarlaşaraq hazırda öz ətrafında 2,2 milyondan artıq abonenti birləşdirir.

Xəbər lenti

Xəbər lenti